Ukrayna Baş nazirinin İsveçrəyə səfəri ləğv edilib
- 16-10-2024, 14:00
- Dünya
Ukraynanın Baş naziri Denis Şmıqalın İsveçrəyə rəsmi səfəri fors-major səbəblərə görə ləğv edilib.
“Report” xəbər verir ki, bu barədə “Keystone-ATS” xəbər agentliyi İsveçrə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
İsveçrə XİN səfərin ləğvinin təfərrüatını açıqlamayıb.
Ehtimal edilirdi ki, Şmıqal oktyabrın 16-da İsveçrəyə səfər edəcək, daha sonra isə oktyabrın 17-18-də Lozannada iki ölkənin birgə təşkil etdiyi minalardan təmizləmə ilə bağlı beynəlxalq konfransda iştirak edəcək. Denis Şmıqalın İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherdlə birgə mətbuat konfransında çıxışı da gözlənilirdi.