50 il sonra: Keçmiş "Ştazi" əməkdaşı polyakı arxadan güllələdiyinə görə həbs cəzası aldı
- 15-10-2024, 15:44
- Dünya
Berlin məhkəməsi keçmiş ADR Dövlət Təhlükəsizlik Nazirliyinin ("Ştazi") əməkdaşını 1974-cü ildə polyak Çeslav Kukuşkanı öldürməkdə təqsirli bilərək hökm çıxarıb. Leypziqin 80 yaşlı sakini 10 il azadlıqdan məhrum edilib.
Oxu.Az-ın DW-yə istinadən verdiyi məlumata görə, hadisə 1974-cü il martın 29-da "Berlin Fridrixştrasse Vağzalı" sərhəd məntəqəsində baş verib. 38 yaşlı polyak ADR ərazisini tərk edərək Qərbi Berlinə keçmək istəyib. Lakin son sərhəd-nəzarət məntəqəsindən keçərkən o, 2-3 metr məsafədən arxadan güllələnib.
Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayətlə bağlı ifadə verməkdən imtina edib.
"Ştazi"nin tapşırığı ilə polyak Kukuşkanın qətli
İstintaqın məlumatına görə, Saksoniya sakini ADR Dövlət Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupunda xidmət edib və Ç.Kukuşkanı "zərərsizləşdirmək" tapşırığı ilə hərəkət edib. Alman KİV-lərinin məlumatına görə, əvvəllər o, Polşa səfirliyində saxta bomba ilə Qərbi Berlinə getməyə cəhd göstərib.
Bildirilir ki, "Ştazi" kişini tələyə salıb, ona saxta çıxış icazəsi olan sənədlər verib. "Ştazi" əməkdaşları onu Fridrixştrasse sərhəd-keçid məntəqəsinə qədər müşayiət ediblər, lakin o, son sərhəd nəzarət məntəqəsini keçəndə atəş səsi eşidilib.
İttiham şahidləri kimi o zamankı Qərbi Almaniyanın Hessen federal torpağından olan məktəbli qızlar çıxış ediblər. Onlar Şərqi Berlində ekskursiyada olublar və qətl anında məhz Qərbə qayıdırmışlar. O zaman 10-cu sinif şagirdi olan şahidlərdən birinin sözlərinə görə, qızlar uzun palto və günəş eynəyi geyinmiş bir kişinin sərhəd keçidinə doğru gedən Çeslav Kukuşkanın arxasında qəfildən peyda olduğunu və ona atəş açdığını görüblər. Sonradan Hessendəki məktəbli qızların müəllimləri uşaqların gördükləri barədə polisə məlumat veriblər. Lakin ADR Ədliyyə Nazirliyinə göndərilən sorğu nəticə verməyib.
Həlledici dəlil - "Ştazi" əməkdaşlarının mükafat siyahısı
Ehtimal olunan qatilin şəxsiyyətini göstərən dəlil yalnız 2016-cı ildə ortaya çıxıb. O zamankı ADR Dövlət Təhlükəsizlik naziri Erix Milke (Erich Mielke) tərəfindən imzalanmış əmrdə bu qətllə əlaqədar mükafatlandırılmalı olan 12 "Ştazi" əməkdaşının adı çəkilib. Bu sənədə əsasən, təqsirləndirilən şəxs "Bürünc döyüş ordeni" ilə təltif edilib.