azadses.az » Dünya » Meksika mətbuatında növbəti dəfə erməni yalanları ifşa olunub

Meksika mətbuatında növbəti dəfə erməni yalanları ifşa olunub

Meksikanın geniş oxuyucu kütləsinə malik olan və ölkənin ən nüfuzlu “El Universal” qəzetində “Ermənistanla Azərbaycan arasında çoxdan gözlənilən sülh artıq yaxındırmı?” başlıqlı məqalə dərc olunub.

Bu barədə "Report"a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Qəzetin fransız əsilli və əsasən Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən müxbiri Jean Meyer tərəfindən yazılmış böhtan xarakterli yazılara cavab olaraq hazırlanmış məqalədə J.Meyerə Ermənistanla Azərbaycan arasındakı keçmiş münaqişənin tarixini unutmamağa və erməniləri “qurban” kimi qələmə verməməyə çağırış edilir.

Yazıda Azərbaycanın 30 il boyunca erməni təcavüzünə məruz qalması, ermənilər tərəfindən həm Ermənistan, həm də Azərbaycan ərazilərində etnik təmizləmə aparılması faktı göz önünə çəkilərək, Ermənistan ərazisində heç bir zaman münaqişənin olmadığı vurğulanır, bütün dünya tərəfindən ərazi bütövlüyünün tanınmasına və 1993-cü ildə BMT-nin Ermənistanı Azərbaycan torpaqlarını azad etməyə çağıran qətnamələrinə baxmayaraq, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini yalnız 30 ildən sonra bərpa etdiyi qeyd olunur. Eləcə də, işğal dövründə ermənilər tərəfindən bu qətnamələrə məhəl qoyulmadığı üçün daha öncə sülh yolu ilə həll oluna biləcək münaqişənin bu zamana qədər uzandığı vurğulanır.

Yazıda J.Meyerin əsassız ittihamlarının böyük narahatlıq doğurduğu və onun şəxsi fikirləri ilə oxuyucuları yanıltmağa çalışdığı qeyd edilir. Həmçinin, Ermənistanın baş naziri və BMT-nin regiondakı iki missiyası tərəfindən Qarabağda hər hansı “etnik təmizləmə”nin aparılmadığının bəyan edildiyi, Azərbaycan tərəfindən orada yaşayan ermənilərə Azərbaycan vətəndaşlığı almaq üçün hər bir şəraitin yaradıldığı, lakin erməni icmasına aşılanan ifrat millətçilik ruhu səbəbindən Qarabağda yaşayan ermənilərin böyük bir hissəsinin “türk dövləti”ndə yaşamaq ideyasından imtina etdiyi vurğulanır.

Məqalədə Azərbaycanın separatizmə və öz torpaqlarının işğalına son qoyduğu, nəticədə həm Azərbaycan, həm də Ermənistan xalqı üçün münasibətlərin normallaşdırılması, sülh və yaxşı qonşuluq münasibətlərində yaşamaları üçün imkanın yaradıldığı qeyd olunur və hazırda iki ölkə arasında davamlı sülh sazişi, eləcə də regionda bütün kommunikasiyaların bərpası barədə razılaşma üzrə danışıqların aparıldığı bildirilir.

Yazıda həmçinin Qarabağın tarix boyu, istər Qarabağ Xanlığı, istər Azərbaycan Demokratik Respublikası, istərsə də Azərbaycan Sovet Respublikası dövründə Azərbaycanın bir hissəsi olduğu, lakin bəzən bu reallığın nəzərdən qaçırıldığı qeyd olunur. Eləcə də, 2020-ci il müharibəsinin ədalətsizlik və ikili standartların nəticəsi, həmçinin Azərbaycanın qanuni torpaqlarını azad edə bilməsi üçün son şans olduğu bildirilir.

Məqalədə bu günə qədər erməni narrativləri üzərində qurulan müzakirələrin Ermənistanı bu münaqişənin yeganə qurbanı kimi təqdim etməyə meylli olduğunu qeyd edilir, 30 ildən artıq müddət ərzində əzab-əziyyət çəkmiş yüz minlərlə azərbaycanlı məcburi köçkünün faciəsinin, 1990-cı illərdən başlayaraq ermənilərin nəzarəti altında əhalisinin əksər hissəsinin azərbaycanlı olan Şuşa kimi şəhərlərin boşaldılmasının, eləcə də, məscidlərin, qəbiristanlıqların və Azərbaycan mədəni irsinin digər nümunələrinin dağıdılmasının münaqişənin tarixi kontekstində bir reallıq olduğu vurğulanır.

Məqalənin sonunda mövcud səylərin regionda davamlı sülhə nail olmağa yönəldiyi halda bəzi analitiklərin bu cür ayrı-seçkilik nümayiş etdirən yazılarının təəssüf doğurduğunu bildirir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?