azadses.az » Dünya » Rusiya mediasında Azərbaycana qarşı daha bir təxribat

Rusiya mediasında Azərbaycana qarşı daha bir təxribat

Rusiya mediasının Azərbaycana qarşı təxribatları davam edir.

APA xəbər verir ki, “Pervıy kanal”ın efirində 20 oktyabr tarixində yayımlanan “Bolşaya İqra” tok-şousundakı təxribatdan sonra bu dəfə “Komsomolskaya Pravda“ qəzetində anti-Azərbaycan mövqeli məqalə nəşr olunub.

“Paşinyan Ermənistanı Qərbə aparmaq üçün Qarabağı təslim edir” başlıqlı məqalədə guya Vaşinqtonun Moskvanın xəbəri olmadan İrəvanı təslim olmağa və “Artsax”dan imtina etməyə razı saldığı qeyd olunub.

Əvvəldən axıra qədər Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan fikirlərin qeyd olunduğu məqalədə bir müddət əvvəl “Telegram” kanallarında yayımlanan Azərbaycan-Ermənistan nizamlanması ilə bağlı Vaşinqtonun planının əks olunduğu sənəddən bəhs olunur.

“Sənədin məzmununa görə, imzalanacağı təqdirdə Azərbaycan-Ermənistan dövlətlərarası sərhədlərinin delimitasiyası üzrə işlər aparılacaq, Zəngəzur dəhlizi adlanan və Azərbaycanın qərb rayonlarından Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən yüksəksürətli marşrut xəttinin tikintisinə başlanacaq. Bundan əlavə, Azərbaycan Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları ilə bağlı məsələləri müzakirə etmək üçün rəsmi nümayəndə təyin edəcək. Sənədə əsasən, Qarabağ ermənilərinə, hətta tanınmamış “DQR”ə hansısa statusun verilməsi nəzərdə tutulmayıb”, - deyə məqalədə qeyd olunub.

Göründüyü kimi, “Komsomolskaya Pravda“ Qarabağ ermənilərinin İkinci Qarabağ müharibəsinin yekununda gorbagor olan “status”unun dərdinə düşüb.

Məqalədə Azərbaycan əleyhinə təxribatçı fikirlər bununla bitməyib. Müəllif Aleksandr Sergeyev məlum sənədin dərc olunmasının Ermənistanda və Qarabağda etiraz hərəkatında yeni dalğaya hələlik səbəb olmadığını və reallıqda bunun Qarabağın tamamilə Azərbaycanın yurisdiksiyasına keçməsi anlamına gəldiyini yazıb. Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar və onlara Azərbaycanın Konstitusiyasına tam uyğun davranılacaq” bəyanatını xatırladıb. Bir az da irəli gedərək, “Qarabağda tezliklə bir dənə də erməni qalmayacaq” kimi təxribatçı fikir qeyd edib.

Göründüyü kimi, dövlət tərəfindən maliyyələşən “Komsomolskaya Pravda” qəzeti Rusiya dövlətinin, Kremlin Azərbaycanın ərazi bütövlüyünü tanıması mövqeyinə, Prezident Vladimir Putinin İkinci Qarabağ müharibəsindən dərhal sonra verdiyi müsahibədə “Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir və hər zaman belə olub” bəyanatına qarşı çıxıb.

Nəşri Qarabağın Azərbaycanın yurisdiksiyasına keçməsi və bunun nəticəsində guya həmin ərazidə bir dənə də erməninin qalmayacağı çox narahat edib. Buna Ermənistandakı və Qarabağdakı ermənilərin artıq kütləvi etiraz etməməsi isə “Komsomolskaya Pravda”da maraq doğurub. Deyəsən, Qarabağda separatçı toxumu səpənlər özlərini yavaş-yavaş büruzə verirlər...

Məqalənin ən maraqlı hissəsi isə Ermənistan baş naziri Nikol Paşinyanın sülh sazişini tezliklə imzalamağa razılıq verməsindən bəhs olunduğu məqamdır. Müəllif bildirir ki, əgər bu sənəd imzalansa, o zaman bu, Cənubi Qafqazda tektonik katalizator olacaq.

“Azərbaycan və Türkiyə ilə sülh imzalayan, Qarabağı itirən və bununla da ekzistensial təhlükələrdən qurtulan Ermənistanın nə Gümrüdəki Rusiya bazasına, nə də Qarabağdakı Rusiya sülhməramlılarına ehtiyacı olacaq. Aydındır ki, Qərb vasitəçilərinin əsl məqsədi budur”, - deyə müəllif qeyd edib.

Məqalənin bu hissəsindən Azərbaycanla Ermənistan arasında kimin sülhü niyə istəmədiyi, bu münaqişənin illərlə davam etməsini nə məqsədlə istədiyi aydın olur.

Müəllif Sergeyev əslində bununla Qafqaza separatçılıq toxumlarını səpənləri ələ vermiş olub: “Azərbaycanla Ermənistan barışsalar, onda Rusiya nəyə lazımdır?” - deyə qeyd edib.

“Komsomolskaya Pravda” məqalədə erməniləri təhdid etməyi də unutmayıb:

“Çətin ki, ermənilər yaxın tarixin dərslərini unudublar və Vaşinqtonun səmimi şərəf sözü altında həll olunmamış təhlükəsizlik problemləri ilə üz-üzə qalanda nələrin baş verə biləcəyini, yəqin ki, xatırlayırlar”, - yazan müəllif Qarabağın Azərbaycanın yurisdiksiyasına keçməsilə qətiyyən razılaşmamağa dair ermənilərə çağırış edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?