Egey dənizində təxminən 100 ton ölü balıq toplanıb
- 30-08-2024, 11:20
- Dünya
Yunanıstanın Volos şəhəri yaxınlığında naməlum səbəblərdən kütləvi balıq ölümü qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Yunanıstanın "ERT News" telekanalı məlumat yayıb.
Maqnisiya və Sporad adaları vilayətinin qubernatorunun müavini Anna-Mariya Papadimitriu telekanala bildirib ki, artıq 100 tona yaxın ölü balıq yığılıb və onlar yandırılacaq. Səlahiyyətlilər Volos çimərliyini ölü balıqlardan qorumaq üçün dənizə xüsusi tor çəkiblər.
Mütəxəssislərin fikrincə, söhbət süni Karli gölünün ərazisindən Paqasitikos körfəzinə gətirilən milyonlarla ölü balıqdan gedir, onların ölüm səbəbi hələ dəqiq bilinmir. Ehtimal olunur ki, şirin su balıqları dəniz suyuna düşərək ölüb.
Volos şəhərinin meri Axilleas Beos ölü balıqların digər balıq növləri üçün ekoloji təhlükə yarada biləcəyini vurğulayıb.