Bu şəxslərə cərimə tətbiq olunacaq - Nazirlikdən XƏBƏRDARLIQ
- 16-02-2021, 16:57
- Cəmiyyət
"Şaqay" su kanalında yerləşdirilən və müxtəlif növ balıqların nəslinin kəsilməsinə səbəb olan torlar haqqında yayılan məlumatlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə "Ekspert saatı"nda aydınlıq gətirib.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Hikmət Əlizadənin sözlərinə görə, "Şaqay" adlandırılan kanalın rəsmi adı Baş Mil-Muğan kollektorudur və bu, Mil-Muğan düzündən çəkilən kollektor-drenaj sistemidir: "1984-cü ildə tikilib istifadəyə verilib. Kollektorun əsas məqsədi drenaj sularının Xəzər dənizinə çatdırılmasından ibarətdir. Bu kollektor çoxsulu sahədir, aktiv suvarma dövründə həmin sular çoxalır və oradan dənizə axıdılır, bəzi balıqlar da kürütökmə dövründə buradan istifadə edir. Eyni zamanda bura şirinsulu olduğu üçün ərazidə balıq çox olur. Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarına əsasən, balıq ovu qaydaları təsdiq edilib. Buna əsasən, kollektorlarda yalnız sənaye balıq ovunun aparılmasına icazə verilir".
Nazirlik rəsmisi bildirib ki, Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən "Şaqay" adlandırılan ərazidə "Azerbaijan Fish Farm" MMC-yə və üç fiziki şəxsə sənaye balıq ovunun aparılması üçün rəsmi qaydada icazə verilib:
"Ancaq təəssüf ki, keçici balıqların say və növ müxtəlifliyinin çox olması səbəbindən həmin ərazilərdə qanunsuz balıq ovu etmək istəyənlərə rast gəlinir. İcazələr məhdud sayda verilir və onlar limitə uyğun hərəkət etməlidirlər. Bu baxımdan brakonyerlər həmin sahələrə daha çox meyl edirlər k, icazəsi olmayan sahələrdə tor qurub balıqları qanunsuz ovlasınlar. Bununla əlaqədar biz diqqət mərkəzində olan bir çox ərazilərdə mütəmadi tədbirlər həyata keçiririk, hətta belə tədbirlərdən biri bir neçə gün əvvəl Azərbaycan Həvəskar Balıqçılar İttifaqı ilə birgə keçirilib ki, oradan xeyli sayda qanunsuz balıq ovu alətləri aşkarlanıb. Ərazi nəzarətdə saxlanılır. Müəyyən şəxslərin burada əlinin olması ilə bağlı da araşdırma gedir".