Karantində əyləncədən qayıdarkən qəzaya düşənlər məmur qohumları çıxdı
- 11-04-2020, 10:51
- Hadisə
Ölən qardaşlar keçmiş icra başçısının qardaşı oğlanlarıdır
Şabranda 3 nəfərin ölümü ilə nəticələnən qəzada həlak olanlar məmur qohumlarıdır. Azadsəs-in məlumatına görə, gecə saatlarında baş verən verən qəzaya uğrayanlardan üçü Şabranın 13 il əvvəl postunu tərk etmiş İcra başçısı Sündüz Babayevanın qohumlarıdır.
Əldə etdiyimiz məlumata görə, qəzada ölən iki qardaş - Pirəbədil kənd sakinləri 34 yaşlı Elnur və 27 yaşlı Cəlal Babayevlər rayonun keçmiş başçısının qardaşı, "Kia Cerato" markalı avtomobilin sahibi, Şabran şəhər sakini 36 yaşlı Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev isə Sündüz Babayevanın bacısı oğludur.
Elnur, Cəlal Babayevlər və onların bibisi oğlu Bəxtiyar Şahverdiyev Bakıda özəl sahədə işləyiblər. C.Babayev Şabran xəstəxanasında ilk yardımdan sonra Bakıya aparılarkən Sumqayıtın Z.Tağıyev qəsəbəsi ərazisində keçinib. Qəzadan sağ çıxan Bəxtiyar Şahverdiyevin hazırda Şabran rayon mərkəzi xəstəxanasında müalicəsi davam etdirilir.
Artıq polis avtomaşını elə Bəxtiyar Şahverdiyevin idarə etdiyini müəyyən edib. Digər iki nəfər 39 yaşlı Ramin Oqtay oğlu Əzməmmədov və 23 yaşlı İsmayıl Rövşən oğlu Zəkiyev isə evə buraxılıblar.
Ağır yol qəza faktı ilə əlaqədar Şabran rayon polis şöbəsinin istintaq bölməsində CM-nin 263.3-1 (sərxoş halda nəqliyyat vasitəsini idarə etmə)maddəsilə cinayət işi başlanılıb.
Qaldı ki, xüsusi karantin dövründə 6 nəfərin SMS icazəsinin olub olmamasına,əldə etdiyimiz məlumata görə, Bəxtiyar Şahverdiyev və dünyasını dəyişən Elnur Babayev sahibkar olduqlarından icazə almayıblar. Digər 4 sərnişinin icazəsinin olub olmaması isə hazırda araşdırılır.

Azərbaycanda karantin zamanı balıq tutmağa gedənlər qəzaya düşdü, 3 ölü