NYT: 11 sentyabr terrorunun üç təşkilatçısı ölüm cəzasından yayına biləcək
- 1-08-2024, 08:00
- Dünya
2001-ci il 11 sentyabr terror aktlarını təşkil etməkdə təqsirləndirilən üç nəfər ölüm cəzasının ömürlük həbslə əvəzlənməsi müqabilində təqsirli olduqlarını etiraf etməyə razılaşıblar.
“Report” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti Pentaqondakı mənbələrə istinadən yazıb.
Mənbələrin verdiyi xəbərə görə, 11 sentyabr hadisələrinin əsas təşkilatçısı olduğu güman edilən Xalid Şeyx Məhəmməd və onun iki əlbirinin işi üzrə razılıq əldə olunub. Onlar Kuba adasındakı Quantanamo həbsxanasında saxlanılır.
“Mümkün cəza kimi ölüm hökmünün ləğvi müqabilində üç təqsirli onlara qarşı irəli sürülən bütün cinayətlərdə, o cümlədən 2 976 nəfərin qətlində təqsirli olduqlarını etiraf etməyə razılaşıblar”, – qəzet 11 sentyabr qurbanlarının ailələrinə göndərilmiş məktubdan çıxarış verib. Qeyd olunub ki, sözügedən şəxslərin etirafı artıq gələn həftə elan oluna bilər.
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” terror təşkilatının 19 üzvü ABŞ-də dörd sərnişin təyyarəsini qaçıraraq onlardan ikisini o zaman Nyu-Yorkun ən hündür binaları olan Dünya Ticarət Mərkəzinin qüllələrinə, üçüncünü isə Vaşinqtonun yaxınlığında yerləşən Pentaqonun binasına yönləndiriblər. Dördüncü təyyarə isə Vaşinqtona doğru getsə də, Pensilvaniya ştatının Şenksvill şəhəri yaxınlığında yerə çırpılıb.