Özünü polis kimi təqdim edərək dələduzluq edən şəxslə bağlı QƏRAR
- 6-10-2023, 18:38
- Cəmiyyət
Bakı Apellyasiya Məhkəməsində özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Rəşad Süleymanzadənin barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Süleymanzadəyə 3 il müddətinə şərti cəza verilib. O, məhkəmə zalında həbsdən azad olunub.
İttihama görə, R.Süleymanzadə zərərçəkmiş şəxslərə yalan vəd verərək ümumilikdə 21 min 500 manat pul ələ keçirib.
İş üzrə zərərçəkmişlərdən ən çox ziyan dəyən Fəxri Muradov olub. F.Muradov Cəlilabad rayonunda məktəb direktoru təyin olunmasına kömək etmək üçün təqsirləndirilən şəxsə 15 min manat verib.
Təqsirləndirilən növbəti zərərçəkmişdən isə qızını uşaq bağçasına tərbiyəçi düzəlməsinə kömək edəcəyi adı ilə 4 min, sonuncudan isə qısa müddətdə qaytaracağını deyərək 2 min 500 manat alıb.
R.Süleymanzadə cinayət əməlində özünü qismən təqsirli bilib. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər hər biri onlara dəymiş ziyanın ödənildiyini, hazırda şikayət və tələblərinin olmadığını deyiblər. Hökm qəbul olunarkən sözügedən hallar nəzərə alınıb.
Qeyd edək ki, R.Süleymanzadə bu ilin fevralında həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.