Pompeodan İrana ŞOK İTTİHAM
- 12-01-2021, 11:31
- Dünya
ABŞ Dövlət katibi Mayk Pompeo İranı açıqlanan ABŞ kəşfiyyat sənədləri əsasında “Əl-Qaidə” terror qruplaşması ilə əməkdaşlıqda günahlandırmaq niyyətindədir.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Pompeo İranı terror qruplaşmasına dəstək verməklə yanaşı, üzvlərinə sığınacaq verməkdə də günahlandıracaq.
Noyabr ayında “Nyu York Tayms” ABŞ kəşfiyyat orqanlarındakı mənbələrə istinadən “Əl-Qaidə” liderlərindən biri olan, Keniya və Tanzaniyadakı Amerika səfirliklərində terror hücumları təşkil etməkdə ABŞ-da şübhəli bilinən Əhməd Abdullahın İranda öldürüldüyünü yazmışdı. Qəzetin yazdığına görə, əməliyyat 7 avqustda Tehranda İsrail kəşfiyyat işçiləri tərəfindən həyata keçirilib.
Qeyd edək ki, ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərinə hücumlar 1998-ci ildə baş vermişdi. 12 Amerika vətəndaşı da daxil olmaqla, 224 nəfər hücumlarda ölmüşdü.