Blinken: HƏMAS atəşkəs təklifini dərhal qəbul etməlidir
ABŞ dövlət katibi Antoni Blinken hesab edir ki, Fələstinin radikal HƏMAS hərəkatı atəşkəs və girovların azad edilməsi təklifini dərhal qəbul etməlidir.
“Report” xəbər verir ki, bu barədə Amerika Xarici Siyasət Departamentinin rəhbəri İsrailin fövqəladə hərbi kabinetində nazir Benni Qantz və yəhudi dövlətinin müdafiə departamentinin rəhbəri Yoav Qalantla telefon danışığında bildirib.
Blinken əmin olduğunu bildirib ki, bu təklif İsrailin uzunmüddətli təhlükəsizlik maraqlarına, o cümlədən İsrail-Livan sərhədində sakitliyin təmin edilməsi, israillilərin öz evlərinə qayıtmasına imkan yaratmaq imkanına xidmət edir.
Dövlət katibi həmçinin hesab edir ki, təkliflərin həyata keçirilməsi regionda gələcək inteqrasiyanı təmin edəcək.