KİV: Niger ordusu ölkənin cənub-qərbində 30-a yaxın terrorçunu məhv edib
- 28-06-2024, 09:38
- Dünya
Niger hökumət ordusu ölkənin cənub-qərbində 30-a yaxın silahlı terrorçunu məhv edə bilib.
"Report" xəbər verir ki, bu barədə "Maghreb Arabe Press" məlumat yayıb.
Hərbçilər iyunun 25-də Niger Müdafiə və Təhlükəsizlik Qüvvələrinin Tassia kəndi yaxınlığında bölməsinə hücumda iştirak edən yaraqlıların izinə düşmək üçün əməliyyat keçirib. Həmin hücum nəticəsində 20 hərbçi və bir mülki şəxs həlak olmuşdu.
Hərbçilər hava-kəşfiyyat vasitələri ilə Burkina-Faso istiqamətində qaçan terrorçuları aşkar etməyə nail olublar. Niger ordusu yaraqlıların logistika məntəqəsini də məhv edib. Bundan əlavə, təhlükəsizlik qüvvələri Banco kəndində 7 terrorçunu həbs edib.
Nigerin Mali və Burkina-Faso ilə sərhədləri yaxınlığında yerləşən cənub-qərb bölgələri artıq bir neçə ildir ki, ekstremist və terrorçu qrupların fəallığının artdığı ərazidir.