Pakistanın cənub-qərbində terrorçulara qarşı əməliyyat keçirilib
![](/uploads/posts/2021-08/medium/1629956838_860a281d-b20e-3201-9d8f-a164552028b8_850.jpg)
“Report” TASS-a istinadən xəbər verir ki, əməliyyat Bəlucistan əyalətində gerçəkləşdirilib.
Bildirilib ki, əyalətin Loralai rayonunda ekstremistlərin düşərgəsi mühasirəyə alınıb.
Əməliyyat nəticəsində 7 terrorçu zərərsizləşdirilib, təhlükəsizlik qüvvələri əməkdaşları arasında itki qeydə alınmayıb. Böyük miqdarda silah-sursat ələ keçirilib.