Türkiyə kəşfiyyatı qırmızı bülletenlə axtarışda olan terrorçunu məhv etdi
“Haber Global”ın məlumatına görə, əməliyyat zamanı “İnterpol” tərəfindən qırmızı bülletenlə axtarışda olan terrorçu – Sinan Mirhan kod adlı Dalokay Şanlı zərərsizləşdirilib.
MİT uzun illər sözügedən terrorçunu izləyib.
Onun Türkiyənin böyük şəhərlərində terror aktı planlaşdırması barədə məlumat daxil olduqdan sonra zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilib.