Ukrayna ordusu ötən sutka Rusiyanın 26 “Shahed” PUA-nı vurub - YENİLƏNİB
- 11-07-2023, 14:22
- Dünya
Ukrayna ordusu ötən sutka ölkənin cənub hissəsində Rusiyanın İran istehsalı olan 26 “Shahed” pilotsuz uçan aparatını (PUA) məhv edib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusiya ordusu ötən gün 28 PUA ilə Ukrayna ərazisinə hücum edib.
Bundan başqa, Ukraynanın Hərbi Hava Qüvvələri ötən sutka Rusiyanın bir helikopterini (tipi dəqiqləşdirilir), 3 “Lanset” zərbə PUA-sını və 4 taktiki-əməliyyat səviyyəli kəşfiyyat dronunu vurub.
07:37
Ukraynanın paytaxtı Kiyevin hakimiyyət orqanları gecə şəhərin İran istehsalı dronların hücumuna məruz qaldığını bildirib.
“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bütün aparatlar hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
“Düşmən bu ay ikinci dəfə Kiyevə havadan hücum edib. İlkin olaraq, iyulun əvvəllərində olduğu kimi, düşmən “Shahed” aparatından istifadə edib. İranın pilotsuz təyyarələri cənub istiqamətindən, ehtimal ki, Krasnodar diyarından buraxılıb”, - Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko teleqramında yazıb.
Bundan əvvəl Kiyev vilayətində hava həyəcanı elan edilmişdi. Bu gecə Ukraynanın bir neçə bölgəsində hücum pilotsuz uçan aparatlarından istifadə təhlükəsi ilə bağlı həyəcan təbili çalınıb.