KİV: Hakerlər Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyinin məlumatlarını oğurlaya bilər
- 21-06-2024, 12:09
- Dünya
Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) ötən il ərzində çoxsaylı haker hücumlarına məruz qalıb, nəticədə çoxlu sayda gizli məlumatlar oğurlana bilər.
“Report” xəbər verir ki, bu barədə “Asahi” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, cinayətkarlar “Microsoft”un bulud xidmətlərinin zəifliyindən istifadə edərək JAXA-nın daxili sənədlərinə daxil ola biliblər. Ötən yayda JAXA-ya qarşı bir sıra kütləvi kiberhücumların başladıldığı vurğulanıb. Bu, Yaponiyaya qarşı sənaye casusluğunun bir hissəsi ola bilər.
Oğurlanan məlumatlar arasında JAXA-nın “Toyota Motor” və Müdafiə Nazirliyi ilə birgə layihələr çərçivəsində mübadilə etdiyi məlumatlarının olması mümkündür.
Məqalə müəllifi iddia edir ki, haker hücumları Çin ərazisindən həyata keçirilə bilər.