NATO sammiti ilə bağlı Yaponiya tarixində bir ilk yaşana bilər
Yaponiyanın Baş naziri Fumio Kişida iyunun sonunda Madriddə keçiriləcək NATO sammitində iştirak etməyi düşünür.
O, Yaponiyadan NATO toplantısında iştirak edən ilk baş nazir ola bilər.
Hökumət başçısı sammitdə Ukraynadakı hərbi əməliyyatlardan əlavə, Çin və Şimali Koreyanın fəaliyyətini müzakirə etmək, həmçinin Yaponiyanın müdafiə qabiliyyətini kökündən gücləndirmək planlarından danışmaq niyyətindədir.
Xatırladaq ki, NATO-nun dövlət və hökumət başçıları səviyyəsində növbəti iclası iyunun 28-30-da Madriddə baş tutacaq. Onun iştirakçıları yeni strateji konsepsiya qəbul edəcək, ittifaqın gücləndirilməsini və qlobal iqlim dəyişikliyinin təhlükəsizlik sektoru üçün təsirlərini nəzərdən keçirəcəklər.