KİV: Ağ ev həm Xarkov, həm də Sumi istiqamətində Rusiya ərazisinə hücum etmək icazəsini təsdiqləyib
- 20-06-2024, 10:30
- Dünya
Ağ ev Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın Ukraynanın həm Xarkov, həm də Sumi vilayətləri həmsərhəd ərazilərinə zərbə endirmək üçün amerikan silahlarından istifadə etmək icazəsini rəsmən təsdiqləyib.
“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Ağ evin Milli Təhlükəsizlik Şurasının Avropa üzrə böyük direktoru Maykl Karpenter telefon brifinqində bildirib.
“Biz tamamilə açıq şəkildə bildirdik ki, bu istifadə icazəsi ukraynalılara Rusiyanın sərhədi boyunca Xarkov vilayətində, eləcə də Sumı vilayətində birbaşa mövqelərini atəşə tutmağa imkan verir”, – ABŞ administrasiyasının rəsmisi qeyd edib.
Onun sözlərinə görə, bu qərarla Rusiya qoşunları öz ərazisinə sığınmaq imkanından məhrum olacaq.