Estoniya Baş Qərargahı: Qərbin Ukraynaya silah tədarükü Rusiyanın hücumunun sürətini ləngidə bilib
- 25-05-2024, 10:30
- Dünya
Qərb ölkələrindən Ukrayna Silahlı Qüvvələri üçün yeni silah-sursatların tədarükü müəyyən effekt verməyə başlayıb. Rusiyanın Xarkov istiqamətindəki hücumunun tempi aşağı düşür.
“Report” ERR-ə istinadən xəbər verir ki, bu barədə Estoniya Baş Qərargahının məlumatında bildirilib.
“Son günlər Rusiya heç bir istiqamətdə uğur əldə etməyib və ya bu uğur müvəqqətidir, lakin Rusiya Silahlı Qüvvələri Ukrayna əhalisini və onun obyektlərini şiddətlə atəşə tutmağa davam edir”, – BQ diqqətə çatdırıb.
Estoniya Baş Qərargahı bəyan edib ki, Rusiya ordusunun Xarkov istiqamətindəki hücumunun tempi aşağı düşür. Rusiya Vovçansk yaşayış məntəqəsi yaxınlığında Vovça çayının şimal sahilini gücləndirməkdə və “bufer zonada” iştirakını artırmaqda davam edir.
Eyni zamanda, Tallinn güman edir ki, bu regionda öz qüvvələrinin cəmlənməsi səbəbindən yaxın gələcəkdə hücum əməliyyatlarının digər sərhədyanı ərazilərə də genişləndirilməsi üçün şərait yaradıla bilər.