SIPRI: İlin əvvəlində 2 mindən çox nüvə başlığı yüksək hazırlıq vəziyyətində olub
- 17-06-2024, 09:40
- Dünya
Cari ilin əvvəlində dünyada 2,1 min nüvə başlığı yüksək hazırlıq vəziyyətində olub.
“Report” xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) illik tədqiqatının nüvə arsenallarına həsr olunmuş hissəsində deyilib.
Sənədə görə, bütün nüvə ölkələri 2023-cü ildə öz arsenallarını genişləndiriblər və bunu ən fəal şəkildə Çin Xalq Respublikası (ÇXR) və Koreya Xalq Demokratik Respublikası (KXDR) həyata keçirib.
Qeyd olunub ki, nüvə ölkələri getdikcə daha çox nüvədən çəkindirmə konsepsiyasına arxalanır, ona görə də son bir ildə bu sahədə baş verən hadisələrin sayı hər yerdə artıb.
Son bir il ərzində bütün doqquz nüvə dövləti (beş rəsmi – Böyük Britaniya, ÇXR, Rusiya, ABŞ, Fransa və dörd qeyri-rəsmi – İsrail, Hindistan, KXDR, Pakistan) yeni nüvə silahları yerləşdirib.
Qlobal ehtiyatda 12 121 nüvə başlığı var ki, onlardan 9 585-i 2024-cü ilin yanvarında ehtiyatda olub. 2024-cü ilin yanvar ayına olan məlumata görə, raket və təyyarələrdə 3 904 döyüş başlığı yerləşdirilə bilər ki, bu da 2023-cü ilin yanvarından 60 ədəd daha çoxdur.
Bildirilib ki, dünyadakı bütün nüvə silahlarının təxminən 90 faizi Rusiya və ABŞ-nin payına düşür. İnstitutun hesablamalarına görə, Rusiya 36 əlavə döyüş başlığı yerləşdirib ki, bu da ümumi mənzərəni yenə də dəyişməyib: “Hər iki ölkədə 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra nüvə başlıqlarına münasibətdə şəffaflıq azalıb”.
“Biz nüvə silahının beynəlxalq münasibətlərdə bu qədər mühüm rol oynadığını soyuq müharibədən bəri görməmişik”, – institutun kütləvi qırğın üzrə proqramının direktoru Vilfred Van diqqət çəkib.