Pakistanın müdafiə naziri: Nüvə silahı regionda sülhün təminatıdır
- 1-06-2024, 08:53
- Dünya
Pakistanın nüvə silahı regionda sülhün təminatı, çəkindirici və qüvvələr balansının sütunudur.
“Report” xəbər verir ki, bunu Pakistan İslam Respublikasının müdafiə naziri Asif Muhammed Xavaca deyib.
Onun sözlərinə görə, ölkənin nüvə imkanları təcavüzün qarşısını alan və milli suverenliyi qoruyan etibarlı müdafiə tədbiri olaraq qalır.
Nazir Pakistanın milli təhlükəsizliyə qarşı istənilən təhdidlərə cavab verməyə hazır olduğunu bir daha bəyan edib və əlavə edib ki, onun ölkəsinə qarşı istənilən hücum aktı təcavüzkar üçün ciddi nəticələrə gətirib çıxaracaq.
Asif həmçinin alimlərə, mühəndislərə və Pakistanın nüvə proqramında iştirak edənlərin hamısına təşəkkür edib.
Qeyd edək ki, 28 may 1998-ci ildə Pakistan atom bombasını uğurla sınaqdan keçirib və bununla da rəsmi olaraq nüvə silahına malik olan səkkizinci ölkə olub.