“Moskva” kreyserində nüvə başlıqlarının olması ehtimalı var
Rusiyanın Qara dəniz donanmasının Ukrayna tərəfindən sıradan çıxarılmış “Moskva” kreyserinin nüvə başlıqlarına malik olması ehtimalı var.
“Azadsəs.az” xəbər verir ki, bu barədə “Defence Express” mütəxəssislərin, o cümlədən konstruktorların və dəniz zabitlərinin qiymətləndirmələrinə istinadən yazır.
Bildirilir ki, kreyser 16 ədəd P-1000 “Vulkan” gəmi əleyhinə raketləri 350 kt-lıq nüvə başlığı və ya adi 500 kq-lıq yüksək partlayıcı-kumulyativ döyüş başlığı ilə təchiz oluna bilər.
Qeyd edək ki, Ukrayna hərbçiləri Rusiyanın “Moskva” kreyserini “Neptun” raketləri ilə vurub. "Moskva" kreyseri Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının 30 yerüstü gəmi diviziyasının bir hissəsidir.