Gürcüstanın baş nazirinin müavini iqtidar nümayəndələrinə sanksiyaların tətbiqini ABŞ-nin səhvi adlandırıb
- 7-06-2024, 08:00
- Dünya
ABŞ-nin Gürcüstan rəhbərliyinin məmurlarına sanksiyalar tətbiq etməsi yanlışdır.
“Report” xəbər verir ki, bu sözləri Gürcüstanın baş nazirinin müavini, mədəniyyət və idman naziri Teya Tsulukiani “İmedi” telekanalının efirində səsləndirib.
“Bu, <…> ABŞ-nin öz strateji tərəfdaşlarına münasibətdə etdiyi başqa bir səhvdir. Bu, yəqin ki, birinci səhv deyil. Biz bir başqa yanlışlara yol veriləcəyinə güman etməliyik”, – o deyib.
Siyasətçi əlavə edib ki, Gürcüstan hökuməti ABŞ üçün problem yaradır. Baş nazirin müavini iddia edib ki, Vaşinqton Tbilisidəki “inqilabı maliyyələşdirir”:
“Əslində, hökumətimiz bəziləri üçün problemdir, ancaq bu hökumət heç vaxt, heç bir sahədə bu strateji tərəfdaşlığa qarşı addım atmayıb. Biz bu strateji tərəfdaşlığa sadiq qalacağıq və dostumuzun, Amerikada olan o qrupların bizimlə mehribancasına danışmağa və inqilabı maliyyələşdirməkdən imtina etməyə qərar verəcəyi günü səbirsizliklə gözləyirik”.
Xatırladaq ki, iyunun 6-da ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller daha onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumlarına viza sanksiyalarının tətbiq edildiyini açıqlayıb.