Rutte NATO-nun yeni baş katibi olmaq şansını müsbət qiymətləndirib
- 30-05-2024, 11:19
- Dünya
Niderlandın baş naziri vəzifəsini icra edən Mark Rutte NATO-nun baş katibi olmaq şansı ilə bağlı nikbin olaraq qalır.
“Report” TASS-a istinadən xəbər verir ki, o bu barədə “Nieuwsuur” televiziya proqramına müsahibəsində bildirib.
“Mən qəti nikbinəm. Amma məsələ hələ həll olunmayıb”, – Rutte söyləyib.
Rumıniya Prezidenti Klaus İohannis də NATO-nun baş katibi postuna iddialıdır. Niderland mətbuatının yazdığına görə, Ruttenin namizədliyini ABŞ da daxil olmaqla 32 müttəfiq ölkədən 29-u dəstəkləyir. Yalnız Macarıstan, Rumıniya və Slovakiya buna qarşıdır.
Xatırladaq ki, daha əvvəl NATO-nun hazırkı baş katibi Yens Stoltenberq bildirmişdi ki, o, 2024-cü il oktyabrın 1-dək vəzifəsində qalacaq. Mətbuatda buna səbəb kimi Stoltenberqə yerinə namizədin müəyyənləşdirilməməsi olub, belə ki Baş katib alyansa üzv olan bütün ölkələrin konsensusu əsasında təyin edilməlidir.