Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
- 2-05-2024, 13:52
- Dünya
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb.
“Report” BBC-yə istinadən xəbər verir ki, səsvermə zamanı 129 parlamentaridən 58-i hakim Şotlandiya Milli Partiyasına etimadı itirdiyini bəyan edib.
Regional parlamentin 70 üzvü hökumətin buraxılmasına qarşı çıxıb.
Şotlandiya Milli Partiyasının 63 üzvü ilə yanaşı, Yaşıllar Partiyasından olan deputatlar da hökumətə etimad göstəriblər.
Hökumətə etimad səsverməsi regionda kəskin siyasi böhran fonunda Şotlandiya Leyboristləri və Mühafizəkarların təşəbbüsü ilə keçirilib. Buna Şotlandiya millətçilərinin rəhbəri Həmzə Yusafın siyasi fikir ayrılıqlarına görə Yaşıllarla koalisiya razılaşmasını pozmaq qərarı səbəb olub.