Rusiya və Venesuela gündəlik neft hasilatını artırmaq niyyətindədir
- 19-11-2023, 10:29
- Dünya
Rusiya və Venesuela gündəlik neft hasilatının əvvəlki səviyyəsini bərpa etmək, sonra isə onu artırmaq niyyətindədir.
“Report” xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Venesuelanın xarici işlər naziri İvan Gil Pinto deyib.
Onun sözlərinə görə, son illərdə Venesuelada birgə neft hasilatı sutkada 120-150 min barrelə çatıb:
“Qərbin məhdudiyyətləri xammalın çıxarılmasına güclü təsir edib. Birinci mərhələdə məqsəd “Rosneft” ilə cəmi bir neçə il əvvəl əldə etdiyimiz səviyyəni bərpa etməkdir”.
Nazir qeyd edib ki, hasilatın səviyyəsi bərpa olunandan sonra onu “ən azı iki dəfə” artırmağa çalışacaqlar.