Macarıstan Venesueladan qaz almaq imkanlarını araşdırır
- 11-11-2023, 09:41
- Dünya
Macarıstan Venesueladan mayeləşdirilmiş təbii qaz (LNG) almaq və bu ölkəyə neft hasilatı texnologiyalarını tədarük etmək imkanlarını araşdırır.
“Report” xəbər verir ki, bunu Venesuelalı həmkarı İvan Hil Pinto ilə danışıqlardan sonra Karakasda mətbuat konfransında çıxış edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
Onun sözlərinə görə, Macarıstan ABŞ-ın Venesuelanın neft və qaz sektoruna qarşı sanksiyaları yumşaltmaq qərarını alqışlayır:
“Biz Venesuelanın hazırda enerji əməkdaşlığına açıq olması faktından istifadə etmək istərdik. Biz onlardan maye qazın alınması imkanlarını araşdırırıq və Venesuelada Macarıstanın neft hasilatı texnologiyalarından istifadəyə dair danışıqlara başlamışıq”.