azadses.az » Dünya » Dünya bazarlarında neft ucuzlaşır

Dünya bazarlarında neft ucuzlaşır

Cümə günü Asiya bazarlarında etalon markalı neftlərin qiymətləri azalmağa davam edir. Analitiklərin fikrincə, bu, ABŞ-da şiddətli soyuqlar səbəbindən tədarükünün kəsilməsi ilə bağlı dəstəyin azalması ilə bağlıdır.

''Azad Səs'' “Report”-a  istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti cümə günü Bakı vaxtı ilə səhər saat 09:25-də 63,18 dollar/barel təşkil edib. Bu da öncəki sessiyanın bağlanış qiymətindən 0,75 ABŞ dolları (1,17%) azdır. Fevralın 18-də baş tutan ticarət əməliyyatları nəticəsində isə bu müqavilələr 0,41 ABŞ dolları (0,6%) azalaraq bir barel üçün 63,93 ABŞ dolları olmuşdu.

Nyu York Ticarət Birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin mart fyuçerslərinin qiyməti göstərilən vaxtda 59,65 dollar/barel təşkil edib ki, bu da çərşənbə günü bazarın bağlanışındakı səviyyədən 0,87 ABŞ dolları (1,44%) azdır. Cümə axşamı fyuçerslər 0,62 ABŞ dolları (1%) azalaraq bir barel üçün 60,52 ABŞ dolları səviyyəsinə düşüb.

“Treyderlər istirahət günlərindən əvvəl mənfəət götürməyə çalışırlar ki, bu da qiymətləri aşağı salır”, - “S&P Global Platts” “Fat Prophets”in xammal üzrə analitiki Devid Lennoksdan sitat gətirib. “MarketWatch” isə yazır ki, bazara OPEC+ ölkələrinin hasilatı artırmaq ehtimalı da təzyiq göstərir.

Xatırladaq ki, bu həftə neft qiymətləri keçən ilin yanvar ayından bəri ən yüksək səviyyəyə qalxmışdı. Bu isə OPEC+ üçün hasilatı aprel ayından etibarən artırmağa stimul ola bilər.

“Dow Jones” çərşənbə günü könüllü olaraq fevral-mart aylarında neft hasilatını gündəlik 1 milyon barel azaltmağı öhdəsinə götürən Səudiyyə Ərəbistanının yaxın aylarda hasilatı artırmağı planlaşdırdığını bildirib.

Eyni zamanda “Bloomberg” İraqın fevralın ilk yarısında ixracı artırdığını yazıb.

“İraqda hasilatın artması və Texasda isə enerji təminatının bərpası ümidləri neft qiymətlərinə birbaşa təsir edib. Amma bazarda yüksəliş meyli hələ bitməyib”, - “Price Futures Group”un böyük bazar analitiki Fil Flinn deyib.

Dünən ABŞ Energetika Nazirliyinin ölkədəki neft ehtiyatlarında ardıcıl dördüncü həftə azalma olduğunu göstərən məlumatları dərc etməsindən sonra neft bazarı itkilərin bir hissəsinin “əvəzini çıxıb”.

Nazirliyin həftəlik hesabatına əsasən, ABŞ-ın kommersiya məqsədli neft ehtiyatları keçən həftə 7,26 milyon barel azalıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  2. Bakıda yol qəzası olub, xəsarət alan var
  3. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  4. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  5. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  6. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  7. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  8. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  9. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  10. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”