Küveytdə yeni hökumət formalaşıb
- 19-06-2023, 12:30
- Dünya
Küveytdə iyunun 6-da Milli Assambleyaya (birpalatalı parlament) keçirilən seçkilərdən sonra yeni hökumət formalaşıb.
"Report" xəbər verir ki, bu barədə "Əl Qabas" qəzeti müvafiq fərmana istinadən məlumat yayıb.
Əhməd Nəvaf əl-Əhməd əs-Sabahın rəhbərlik etdiyi Küveyt hökumətinə 15 nazir daxildir. Baş nazirin birinci müavini, daxili işlər naziri Təlal Xalid əl-Əhməd əl-Sabah və xarici işlər naziri, Küveytin ABŞ-dəki keçmiş səfiri Salem Abdullah əl-Cabir əs-Sabah bir sıra digər nazirlər kimi öz vəzifələrini qoruyublar. Əhməd Fəhad əl-Əhməd əl-Sabah baş nazirin müavini və müdafiə naziri, Saad Həməd əl-Barrak isə baş nazirin müavini, neft naziri, iqtisadi məsələlər və investisiyalar üzrə dövlət naziri təyin edilib.
2023-cü ilin martında Küveytin Konstitusiya Məhkəməsi 2022-ci ilin sentyabrında keçirilən səsvermənin nəticələrini etibarsız sayıb və 2020-ci ilin dekabrında seçilmiş parlamentin bərpasını tələb edib. Mayın əvvəlində Küveytin vəliəhdi Şeyx Məşəl əl-Əhməd əs-Sabah 2020-ci il parlamentini buraxıb və yeni seçkilər təyin edib.
İyunun 6-da keçirilən erkən səsvermənin nəticələrinə görə, 50 yeni deputatdan 12-si Küveyt Milli Assambleyasına keçib. İyunun 13-də vəliəhd Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırmağı yenidən Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabaha tapşırıb.