Tacikistan hökumətinin tərkibində dəyişikliklər olub
- 6-01-2023, 08:46
- Dünya
Tacikistan Prezidenti Emoməli Rəhmon iki yeni nazir, vilayət başçısı və dövlət strukturlarında bir neçə yeni rəhbər təyin edib.
Müvafiq sərəncamları dövlət başçısının mətbuat xidməti yayıb.
Prezident kənd təsərrüfatı nazirini dəyişərək, bu vəzifəyə Xatlon vilayətinin sədri Kurbon Hakimzodəni təyin edib. Baş nazirin birinci müavini Dövlətəli Səid regionun rəhbərinin səlahiyyətlərini icra edəcək.
Rəhmon əmək, miqrasiya və əhalinin məşğulluğu naziri Şirin Amonzodəni başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edib. Onun əvəzinə bu vəzifəyə indiyədək ölkə Prezidenti yanında Statistika Agentliyinə rəhbərlik etmiş Gülnorə Həsənzodə təyin edilib. Tacikistan Milli Bankının keçmiş sədri Camşed Nurmuhammadzodə Agentliyin direktoru vəzifəsinə təyin edilib. Agentlik direktorun birinci müavini Şodmon Şokirzodə də təqaüdə çıxması ilə əlaqədar vəzifəsindən azad edilib, onun yerini Nurullo Aso tutub.
Bundan başqa, Əmək Nazirliyində idarə rəisinin birinci müavini Abduqaffor Rəhmonzoda və rəis müavini Nurullo Mahmudullozoda başqa işə keçmələri ilə əlaqədar tutduqları vəzifələrdən kənarlaşdırılıblar.
Sərəncama əsasən, bundan əvvəl Suqd vilayətinin Bobojon Qafurov rayonuna rəhbərlik etmiş Zəfərbek Davlatzoda respublika hökuməti yanında Meliorasiya və İrriqasiya Agentliyinin yeni direktoru təyin edilib. Ölkə hökuməti yanında Meliorasiya və İrriqasiya Agentliyinin direktorunun birinci müavini vəzifəsində çalışmış Bahriddin Sirojiddinzoda Tacikistan hökuməti yanında İxrac Agentliyinin direktoru təyin edilib. Nizom Mirzozoda 2022-ci ilin oktyabrında vəfat edən ölkə hökuməti yanında Memarlıq və İnşaat Komitəsinin sədri Məhmədsəid Zuvaidzodanı əvəz edib.