Mavar qasırğasına görə minlərlə insan təxliyə edilir
- 30-05-2023, 18:11
- Dünya
Filippində təsirli olacaq Mavar qasırğasına görə sel və torpaq sürüşməsi təhlükəsi səbəbi ilə kəndlərdən 4 800 nəfər təxliyə edilib.
Regiondakı rəsmi qurumlar və məktəblər ehtiyat məqsədi ilə bağlanıb.
Təxliyə ediləcək insanların sayının arta biləcəyi ilə bağlı xəbərdarlıq edilib. Açıq dənizdə səyahət etməyin təhlükəli ola biləcəyinə diqqət çəkilib.
Səlahiyyətlilər açıqlamalarında bildiriblər ki, hərbi hissələr, polis, yanğınsöndürənlər və könüllü dəstələr axtarış-xilasetmə əməliyyatlarına hazırdırlar, ehtiyat tədbiri olaraq bir milyondan çox insan üçün yemək hazırlanıb.
Mayın 24-də Mavar qasırğası güclü külək və yağışla ABŞ-nin Quam adasını vurub, adanın əksər hissəsində elektrik enerjisi kəsilib, sakinlərin əksəriyyəti təxliyə edilib.
4-cü kateqoriyalı qasırğa Quamın şimal hissəsindən keçib, küləyin sürəti saatda 230 kilometrə çatıb.
ABŞ Prezidenti Co Bayden də ölkənin Sakit okeandakı xarici ərazisi olan Quam adasında “fövqəladə vəziyyət” elan edildiyini açıqlayıb.
Sürəti saatda 155-190 kilometr arasında dəyişən Mavar qasırğasının dağlıq bölgələrdə təsirli olduğu məlumdur və göstəricilərə görə onun növbəti dayanacağının Tayvan və Yaponiya olacağı gözlənilir.
Mənbə: Anadolu