Filippində təbii fəlakət: 16 nəfər ölüb, 390 min sakin təxliyə edilib
- 2-11-2020, 09:46
- Dünya
Filippində “Qoni” (“Rolli”) adlı qasırğa nəticəsində azı 16 nəfər ölüb, 3 nəfər itkin düşüb.
''Report'' yerli “Rappler” qəzetinə istinadən xəbər verib ki, bu barədə Filippin Mülki Müdafiə İdarəsindən bildirilib.
Məlumata görə, bir 5 yaşlı uşaq olmaqla Albay əyalətində 10 nəfər, Katanduanes əyalətində isə 6 nəfər ölüb.
Bildirilib ki, qasırğa 372 min ailəyə, yaxud 2 milyon insana ziyan vurub. 390 min sakin təxliyə edilib. 8,5 min ev elektrik enerjisi təchizatından məhrum olunub. Təbii fəlakət nəticəsində dəyən ziyan hesablanır.