Çində şiddətli yağışlar çox sayda can aldı - FOTO
![](/uploads/posts/2022-05/medium/1653810494_fotojet-2022-05-28t145848_696.jpg)
Fucyen əyalətində torpaq sürüşməsi nəticəsində 2 bina uçub, 8 nəfər ölüb.
Vupinq rayonunda 39 ev dağıdılıb. Rayonda kənd təsərrüfatı sahələri su altında qalıb, elektrik enerjisi kəsilib, 1600-dən çox insan təxliyə edilib.
Yunnan əyalətində 5 nəfər ölüb, 3 nəfər itkin düşüb. Şiddətli tufan yollara, körpülərə və elektrik stansiyalarına ziyan vurub.
Quanqsi bölgəsində selə düşən 3 uşaqdan 2-ni xilas etmək mümkün olmayıb.
![](/uploads/posts/2022-05/medium/1653810579_1008x567.jpg)
![](/uploads/posts/2022-05/medium/1653810554_1601934.jpg)
![](/uploads/posts/2022-05/medium/1653810505_download-1.jpg)