Qasırğa Floridada onlarla insanın ölümünə səbəb oldu
![](/uploads/posts/2022-10/medium/1664619167_fotojet-19.jpg)
Dördüncü kateqoriyaya aid edilən qasırğada küləyin sürəti 250 km/saata çatıb. Ştatda çoxsaylı dağıntılar qeydə alınıb, 2,5 milyona yaxın insan elektrik enerjisindən məhrum olub, telekommunikasiya şəbəkələri sıradan çıxıb, hava limanları bağlanıb.
“İan” post-tropik siklona çevrildiyindən, təhlükənin hələ bitmədiyi qeyd olunur.
Cənubi Karolinada hökumət sakinlərdən evlərini tərk etməməyi tələb edir.