Kann kinofestivalının qalibi Makronu tənqid etdi
- 29-05-2023, 18:01
- Dünya
“Enmə trayektoriyası” filminə görə Kann Film Festivalında “Qızıl Palma Budağı”na layiq görülən fransız rejissor Jüstin Triye ölkə prezidenti Emmanuel Makronu və Fransanın “neoliberal hökumətini” tənqid edib.
Triye Fransa hökumətini “mədəniyyətin kommersiyalaşdırılmasında, Fransanın mədəni eksklüzivliyinin itməsinə səbəb olmaqda” günahlandırıb. O, həmçinin Emmanuel Makronu kütləvi etirazlara baxmayaraq pensiya yaşının artırılması ilə bağlı qanun layihəsini imzaladığına görə tənqid edib.
Qeyd edək ki, 76-cı Kann Film Festivalının builki qalibi tarixdə “Qızıl Palma Budağı” alan üçüncü qadın olub.
Mənbə: gazeta.ru