Ermənistanda eks-prezidentə açılmış cinayət işi İstintaq Komitəsinə göndərilib
- 23-04-2023, 18:53
- Dünya
Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın xarici vətəndaşlığı ilə bağlı cinayət işi ölkənin İstintaq Komitəsinə verilib
Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkə mətbuatına açıqlama verib. İndiyədək iş üzrə istintaq məhz xidmət tərəfindən aparılıb.
Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan ötən il yanvarın 23-də istefa verib. Bu qərara səbəb kimi Sarkisyan lazımi səlahiyyətlərinin olmamasını göstərib ki, bu da onun sözlərinə görə, prezidentin siyasi proseslərə təsir etməsinə imkan vermir.
Məlumata görə, Sarkisyan 500 min dollarlıq sərmayə qarşılığında Karib hövzəsinin Sent-Kits və Nevis adalarının vətəndaşlığını alıb. Əcnəbi vətəndaşlığı səbəbindən onun prezident seçilmək hüququ olmayıb.