Ermənistan prezidentindən ACI ETİRAFLAR: hələ bundan sonra...
- 1-01-2021, 10:20
- Dünya
Ermənistanın vəziyyəti dövlət idarəetmə sistemindəki qeyri-mütəşəkkillik, məsuliyyətsizlik və qeyri-peşəkarlığın nəticəsidir.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunuu Ermənistan prezidenti Armen Sarkisyan deyib.
O hesab edir ki, Ermənistan dövlətin və milli konsepsiyanın, dövlət idarəetmə sisteminin və ordunun yenidən qurulmasına ehtiyac duyur.
Onun sözlərinə görə, 2020-ci il Ermənistanın müasir tarixində ən çətin il oldu, ölkə qəddar sınaqlardan keçdi. İndi hökumət itkin düşənlərin taleyini müəyyənləşdirmək, bütün məhbusları və girovları vətənlərinə ən qısa zamanda qaytarmaq, sərhədlərin təhlükəsizliyini və qorunmasını təmin etmək üçün əlindən gələni etməyə borcludur: “Bizim bundan sonrakı yolumuz çox çətindir və sınaqlarla doludur, bizə dərin yaralar vurulub. Bizim gerçəklikdən, feysbukda virtual həyatdan təcrid olunmuş şəkildə yaşamaq hüququmuz yoxdur. Gerçəkliyə qayıtmalıyıq”.