Gürcüstanın baş naziri: “Nə Ukraynaya, nə də Moldovaya həsəd aparıram”
![](/uploads/posts/2022-06/medium/1655754691_61bdb6256773761bdb62567738163982288561bdb6256773161bdb62567734.jpg)
Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa Komissiyasının Ukrayna və Moldovaya Aİ-yə namizəd statusunun verilməsini tövsiyə edən qərarını şərh edərkən deyib.
“Biz yaxşı bilirik ki, Ukrayna çətin vəziyyətdədir, ərazisinin 20%-i artıq itirilib və müharibə davam edir. Moldova da çox çətin vəziyyətdədir. Moldova müharibədən ilk əziyyət çəkənlərdən olub. Ona görə də mən həqiqətən nə Ukraynaya, nə də Moldovaya həsəd aparıram”, - Qaribaşvili bildirib.
Baş nazirin sözlərinə görə, Ukraynaya bu status müharibə şəraitində olduğuna görə verilib.