Norveçdən Ukraynaya yardım yola düşdü
- 5-01-2023, 17:26
- Dünya
Norveç Rusiya ilə müharibədə kömək üçün Ukraynaya yeni hərbi yardım paketi ayırıb. Beləliklə, Ukrayna hərbçiləri 155 mm çaplı daha 10 min artilleriya mərmisi əldə edəcəklər.
Bu barədə Norveç Müdafiə Nazirliyinin saytında məlumat verilib. Qeyd edilir ki, silahlar artıq dövlət ərazisini tərk edib.
Artilleriya mərmiləri artilleriya silahlarının bir neçə növündə, o cümlədən “M-109” özüyeriyən haubitsalarda istifadə oluna bilər.
Norveç artıq Ukraynaya 23 “M-109” özüyeriyən haubitsa, 160 “Hellfire” hava-yer raketi, 3 MLRS reaktiv yaylım atəşi sistemi, 4 000 tank əleyhinə raket, 1 750-dən çox zirehli maşın və s. təhvil verib.
Norveç Ukraynaya Rusiyanın kütləvi raket zərbələri nəticəsində zədələnmiş kritik infrastruktur obyektlərini bərpa etməyə kömək edəcək. Ölkə bunun üçün bir milyard kron (təxminən 100 milyon dollar) ayıracaq.