İran ABŞ-dəki dissidentlərini təqib etmək üçün yeni taktikaya əl atıb
- 20-04-2023, 09:31
- Dünya
İran və Çin ABŞ ərazisində dissidentləri susdurmaq üçün yeni taktikalardan istifadə edirlər.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.
Federal Təhqiqat Bürosunun (FTB) əks-kəşfiyyat əməkdaşları qurumun müəyyən icmaları qorxutmaq üçün ABŞ qanunlarını pozan xarici avtoritar rejimlərin artan tendensiyasını izlədiyini açıqlayaraq qurbanları özlərini bildirməyə çağırıb.
İran və Çin hökumətləri dissidentləri izləmək üçün vaxtaşırı özəl detektivlərdən istifadə ediblər, bundan sonra federal prokurorlar onlardan istifadə ilə bağlı bir neçə cinayət işi açıblar.
“Onların çoxu ABŞ ərazisində Çin və İranla bağlı əvvəlki araşdırmalarda görmədiyimiz yeni taktika və xətlərdir”, - FTB əks-kəşfiyyat rəsmilərindən biri deyib.
O əlavə edib ki, FTB bu cür tendensiyalar barədə məlumatlılığı artırmağa və özəl xəfiyyə sektorunu, həmçinin ştat və yerli hüquq-mühafizə orqanlarını xəbərdar etməyə ümid edir.
Transmilli repressiya sxemlərinin məqsədləri çoxşaxəlidir və bəzən həm də zərərli təsir taktikası vasitəsilə ABŞ-nin siyasi qərarlarına təsir etmək məqsədi daşıyır.
“Biz həqiqətən də son bir neçə il ərzində dəyişmiş taktika və alətlərdə, eləcə də risk səviyyəsi və təhlükə səviyyəsində dönüş nöqtəsini gördük”, - bir başqa əks-kəşfiyyat nümayəndəsi vurğulayıb.