Tramp dərhal yeni prezident seçkilərinin keçirilməsini tələb etdi
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci ildə keçirilən prezident seçkilərinin özünü doğrultmadığını tanımağa və dərhal da yeni seçkilərin keçirilməsinə çağırıb.
Bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
“İndi aydın oldu ki, FTB seçkidən əvvəl Hunter Baydenin noutbuku ilə bağlı məsələni niyə ört-basdır edib. Çünki onlar bilirdilər ki, bunu etməsəydilər, Tramp 2020-ci il prezident seçkilərində asanlıqla qalib gələcəkdi”, - deyə o əlavə edib.