Sudanda silahlı toqquşmalarda ölənlərin sayı 80-i ötüb
- 17-04-2023, 16:04
- Dünya
Aprelin 15-də Sudanda ölkə ordusunun bölmələri ilə çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) bölmələri arasında başlayan silahlı toqquşmalar nəticəsində azı 83 nəfər ölüb, 1 126 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi açıqlayıb.
“Ordu ilə xüsusi təyinatlılar arasında döyüşlər başlayandan bəri azı 83 nəfər ölüb, 1 126 nəfər yaralanıb”, - təşkilatın nümayəndəsi bazar ertəsi gecə “Əl-Hadas” telekanalına bildirib.
O əlavə edib ki, “olaylardan öncə paytaxt Xartumdakı xəstəxanalara paylanan tibbi ləvazimatlar hazırda tükənib”.