Главная > Dünya > Sudanda silahlı toqquşmalarda ölənlərin sayı 80-i ötüb
Sudanda silahlı toqquşmalarda ölənlərin sayı 80-i ötüb17-04-2023, 16:04. Разместил: azadses |
Aprelin 15-də Sudanda ölkə ordusunun bölmələri ilə çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) bölmələri arasında başlayan silahlı toqquşmalar nəticəsində azı 83 nəfər ölüb, 1 126 nəfər yaralanıb. “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi açıqlayıb. “Ordu ilə xüsusi təyinatlılar arasında döyüşlər başlayandan bəri azı 83 nəfər ölüb, 1 126 nəfər yaralanıb”, - təşkilatın nümayəndəsi bazar ertəsi gecə “Əl-Hadas” telekanalına bildirib. O əlavə edib ki, “olaylardan öncə paytaxt Xartumdakı xəstəxanalara paylanan tibbi ləvazimatlar hazırda tükənib”. Вернуться назад |