Somalidə Təhsil Nazirliyinə hücum zamanı öldürülənlərin sayı 100-ə çatıb - YENİLƏNİB
Somalinin paytaxtı Moqadişonun mərkəzində “Aş-Şabab” terror qruplaşması silahlılarının ölkənin Təhsil Nazirliyinin binasına hücumu nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.
Bu barədə ölkə prezidenti məlumat verib.
Qeyd edilib ki, hadisə zamanı daha 300 nəfər yaralanıb.
Daha əvvəl bildirilirdi ki, hücum kamikadzenin nazirliyin qarşısında iki avtomobili partlatması ilə başlayıb. Bunun ardınca bir qrup silahlı binaya daxil olub. Binanın içində silahlılarla təhlükəsizlik işçiləri arasında atışma olub.
Bundan əvvəl 30 nəfərin həlak olduğu xəbər verilib.
Mənbə: Reuters
00:12
Somalinin paytaxtı Moqadişoda Təhsil Nazirliyinin binasına həyata keçirilən terror hücumu nəticəsində öldürülən mülki insanların sayı 30-a çatıb.
Qeyd olunur ki, əvvəl Təhsil Nazirliyinin qarşısında partlayıcı ilə dolu iki avtomobili partladılıb.
Daha sonra bir qrup silahlı binaya daxil olaraq orada işləyən insanlara atəş açmağa başlayıb.
Silahlı hücum “Əş-Şəbab” terror təşkilatının üzvləri tərəfindən törədilib.
20:25
Somalinin paytaxtı Moqadişoda Təhsil Nazirliyinin binasına həyata keçirilən terror hücumu nəticəsində doqquz nəfər həlak olub.
Bu barədə Somali təhlükəsizlik qüvvələrinin nümayəndəsi Əhməd Əli məlumat verib.
Onun sözlərinə görə, ölənlərin hamısı mülki şəxslərdir, onların arasında qadın və uşaqlar da var.
Terror aktının “Əş-Şəbab” təşkilatının üzvləri tərəfindən törədildiyi istisna edilmir.