“Zoom”un prezidenti işdən çıxarıldı
- 4-03-2023, 11:00
- Dünya
“Zoom” videozəng xidmətinin prezidenti Qreq Tomb işdən azad edilib.
"Qafqazinfo" "Forbes"ə istinadən xəbər verir ki, “Zoom”un Direktorlar Şurası bu qərarı fevralın 28-də verib.
Bildirilib ki, qərar martın 3-dən qüvvəyə minib.
Qeyd edək ki, Qreq Tomb 2022-ci ilin iyununda “Zoom”un prezidenti seçilib.