Gömrüyün daha bir generalı işdən ÇIXARILDI
Dövlət Gömrük Komitəsinin daha bir generalı işdən çıxarılıb.
“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, general-mayor Vahabov Mirqasım Fazil oğlu təqaüdə göndərilib.