Bu il Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) yaradılmasının 20 ili tamam olur!
- 27-06-2022, 11:06
- Dünya
CEPEJ-in yaradılmasının 20 illiyinə həsr olunmuş və Maltanın Ədliyyə Nazirliyi ilə birgə təşkil edilən konfransı iyunun 27-si onlayn izləyə bilərsiniz.
Açılış mərasiminin moderatoru CEPEJ-in vitse-prezidenti, Ali Məhkəmənin hakimi Françesko Depaskualdır.
Tədbirdə açılış nitqləri ilə çıxış edəcəklər:
Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç-Buriç (onlayn);
Maltanın ədliyyə naziri Conatan Attard;
İrlandiya ədliyyə nazirinin müavini, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən İrlandiyanın nümayəndəsi Oonah Bakli;
İsveçrənin Avropa Şurası yanında daimi nümayəndəsi, Avropa Şurasının Nazirlər Komitəsinin Hüquqi əməkdaşlıq üzrə məruzəçilər qrupunun sədri, səfir Kristian Meuli;
Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti Ramin Qaraqurbanlı.
Avropa ədliyyə nazirlərinin təşəbbüsü ilə 2002-ci ildə yaradılmış CEPEJ-in məqsədi üzv ölkələrdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması və bu məqsədlə Avropa Şurasının qəbul etdiyi aktların həyata keçirilməsinin yollarının təkmilləşdirilməsidir.
Tədbir onlayn yayımlanacaq. Onlayn qoşulmaq üçün ZOOM Link keçidindən istifadə edə bilərsiniz.
Tədbirin proqramı ilə tanış olmaq üçün https://bit.ly/3zOtWHS keçidindən istifadə edə bilərsiniz.