Zelenski ehtiyatda olan hərbçiləri orduya çağırdı
Ukrayna Prezidenti Volodimir Zelenski ehtiyatda olan hərbçilərin orduya çağırılması haqda fərman verib.
“Azadsəs.az” “Rada” telekanalına istinadən xəbər verir ki, Ukrayna lideri hazırda ümumi səfərbərliyə ehtiyac olmadığını deyib.
“Bu gün ümumi səfərbərliyə ehtiyac yoxdur. Biz Ukrayna ordusunu və digər hərbi birləşmələri tez bir zamanda tamamlamalıyıq. Mən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi xüsusi müddət ərzində ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması ilə bağlı fərman vermişəm”, - Zelenski bildirib.
Zelenski həmçinin elan edib ki, ölkədə ehtiyatda olan ərazi müdafiəçiləri üçün təlim düşərgələri təşkil olunacaq
“Yaxın vaxtlarda ərazi müdafiəsi üzrə ehtiyatda olan hərbçilər üçün təlim düşərgələri təşkil ediləcək”, - Ukrayna dövlət başçısı bildirib.