Rusiya gəmisi CAR-da etirazlarla qarşılandı
- 29-01-2023, 11:19
- Dünya
Rusiyanın Antarktidada neft və təbii qaz kəşfiyyatı aparan gəmisi Cənubi Afrikanın Keyptaun şəhərində yaşıl fəalların etirazları ilə qarşılanıb.
Onların sözlərinə görə, gəminin bölgədəki fəaliyyəti faydalı qazıntıların kəşfiyyatını qadağan edən müqaviləni pozur.
Bildirilir ki, “Extinction Rebellion” ekoloji qrupunun üzvləri Keyptaun limanında “Akademik Aleksandr Karpinski” gəmisini “Hands off Antarctica” yazılı plakatlar ilə qarşılayıblar.
Antarktidada gəmi vasitəsilə aparılan seysmik tədqiqatların bölgədəki dəniz həyatı üçün təhlükə yaratdığı və 1958-ci il beynəlxalq müqaviləsini pozduğu vurğulanır.