Məşhur səyyah Ceyms Kukun batmış gəmisi Amerikada tapılıb
İngilis dəniz səyyahı, bütün materiklərə ayaq basmış ilk insan Ceyms Kukun gəmisi qəzaya uğramasından iki əsrdən çox sonra, ABŞ-da tapılıb.
“Report” xəbər verir ki, bu barədə “Australian Geographic” portalı məlumat yayıb.
Qeyd edilir ki, gəminin tədqiqatı uzun illər çəkib. İngilis səyyahı və kəşfiyyatçısının “Endeavour” gəmisinin hissələri iki yüz ildən artıqdır, ABŞ-ın Nyuport limanının dibində qalıb. Gəminin sahibinin müəyyənləşdirilməsi məqsidlə arxivlərin öyrənilməsi və arxeoloji tədqiqatların aparılması mütəxəssislərin iyirmi iki il vaxt aparıb.
Avstraliya Milli Dəniz Muzeyinin baş direktoru Kevin Sampşnın sözlərinə görə, gəminin aşkarlanması elm tarixində ən mühüm tapıntılardan biridir. O qeyd edib ki, Ceyms Kukun üzdüyü gəmi Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya və indi də ABŞ-ın tarixində və mədəniyyətində mühüm mərhələ olub.
Ceyms Kukun gəmisinin yalnız 15 %-i qalıb. Bununla belə, dağıntıların bəzi təfərrüatları alimlərə bunun məhz həmin gəmi olduğunu iddia etməyə imkan verib. İndi mütəxəssislər gəminin qalan hissələrini necə xilas etmək barədə plan hazırlayırlar.
Qeyd edək ki, Ceyms Kuk 1774-cü ildə Yeni Kaledoniya və bir çox adaları kəşf edib. O, adaya əcdadlarının şərəfinə Şotlandiyanın qədim adını - Kaledoniyanı verib.
Ceyms Kukun həyata keçirdiyi ən böyük kəşflər sayəsində Yerin cənub yarımkürəsinin xəritəsi özünün müasir şəklini ala bilib. O, böyük elmi nəticələr verən üç dünya səyahəti edib. Səyyah 1779-cu ildə Havay adalarını kəşf edib və bu zaman yerli sakinlərlə baş verən münaqişə zamanı öldürülüb.